27 aprel 2021 23:03
1244

Qaxda çoxillik palıd ağacı kökündən kəsilib - FOTO

Qax rayonunda irigövdəli palıd ağacı kökündən kəsilib.

"İki sahil" bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunub ki, hadisə ötən gün Zəyəm kəndində qeydə alınıb. Palıd ağacı sözügedən kənd qəbiristanlığında olub. Qax rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.