02 may 2021 19:31
4329

10 nömrəli avtobuslar xidmətə hazırdır

Yeni 10 nömrəli xətt üzrə avtobuslar xidmətə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat yayıb.

O qeyd edib ki, 10 nömrəli xətt üzrə fəaliyyət göstərəcək avtobuslar MİDA Yasamal Yaşayış Kompleksi, “Elmlər Akademiyası”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Ş.İ.Xətai” metrostansiyaları və Bakı Ağ Şəhər marşrut xətti üzrə hərəkət edəcək.