01 iyun 2021 13:13
1200

SOCAR uşaqları təbrik edib - VİDEO

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı “Telegram” səhifəsində paylaşım edib.

"İki sahil" xəbər verir ki, paylaşımda bildirilir:

"Təhsil və idman layihələri ilə uşaq və gənclərə dəstək olan SOCAR artıq 10 ildən çoxdur ki, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın “Talassemiyasız həyat naminə” təşəbbüsünə qoşularaq qan xəstəliyindən əziyyət çəkən körpələrə kömək edir. Sabaha olan ümidlərimizin ünvanı olan körpələri Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edirik!"