10 iyul 2026 19:03
79

Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən 30 ukraynalı uşaq Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilirlər. “İki sahil” xəbər verir ki, onların hər biri üçün fərdi reabilitasiya proqramı hazırlanıb və fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələlərinə cəlb olunurlar.  Uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. xidmətlərdən də yararlanırlar. Həmçinin, onlar üçün Şəki Yaylasına və Şamaxıda yerləşən Şamaxıda Alpaka fermasına ekskursiyalar təşkil olunub. 10 günlük reabilitasiya proqramı uşaqların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır.