04 iyun 2021 18:52
1012

Kəlbəcərdə şəhid olmuş media nümayəndələrinin REPORTAJI

Bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.

Kəlbəcərdə minaya düşərək şəhid olan media nümayəndələrinin daxil olduğu çəkiliş qrupunun Ermənistanın işğalından azad edilmiş ərazilərdən hazırlanan videoreportajı təqdim edirik: