10 iyul 2026 18:01
76

Marketdə müştərinin çantasını oğurlayan şəxs saxlanılıb

Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən marketlərdən birində alış-veriş edən zərərçəkənə məxsus, içərisində 300 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları olan çanta oğurlanıb.

“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 50 yaşlı S.Absalamova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.