07 iyun 2021 15:32
1109

AVRO-2020: İki komanda Bakıya yola düşdü

AVRO-2020-nin A qrupunun iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə yığmaları Azərbaycan paytaxtına yola düşüb.

"İki sahil" xəbər verir ki, hər iki kollektiv turnirə hazırlığını ölkəmizdə davam etdirəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels - İsveçrə, Türkiyə - Uels, İsveçrə - Türkiyə matçlarına, həmçinin 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.