07 iyun 2021 17:25
1075

AVRO-2020 öncəsi Rusiya və Ukrayna arasında qalmaqal VİDEO

Futbol üzrə Avropa çempionatı öncəsi Rusiya və Ukrayna arasında qalmaqal baş verib.

"İki sahil" xəbər verir ki, buna ukraynalıların turnir üçün hazırlanmış formalarında Krımın bu ölkənin ərazisi kimi göstərilməsi səbəb olub.

Həmçinin formanın üzərində "Слава Украине!", "Героям Слава!" ("Yaşasın Ukrayna! Qəhrəmanlara eşq olsun!") şüarları yazılıb.

UEFA-nın yığmanın AVRO-2020-də sözügedən forma ilə iştirakına icazə verməsi Rusiyanın narazılığına səbəb olub. Məsələyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov turnirdə Ukrayna ilə mümkün qarşılaşmanın siyasi gərginliyə səbəb olmayacağını söyləyib. Dövlət rəsmisinin sözlərinə görə, idmanı siyasətə qatmaq olmaz: "Ən azından ruslar və ukraynalılar arasında nifrət yaradılmasını qəbul edə bilmərik. Hər zaman buna qarşı olmuşuq. Biz, əksinə, iki qohum xalq olduğumuza əminik. Ukraynalılar hər zaman bizim üçün arzuolunan qonaqdır".