09 iyun 2021 15:00
944

Erməni deputat oğurluq etdi VİDEO

Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi gülünc hadisə baş verib.

"İki sahil" erməni mediasına istinadən xəbər verir ki, “Parlaq Ermənistan” partiyasının və eyniadlı fraksiyanın rəhbəri Edmon Marukyan təşviqat kampaniyasında oğurluq ssenaridən istifadə edib.

Belə ki, müxalif deputat Marukyanın təşviqat videosu Kanada baş naziri Castin Trüdonun seçkiöncəsi lentə alınan videorolikin təkrarıdır.

Bu addım sosial mediada gülüş doğurmaqla yanaşı ciddi qınağa da səbəb olub. Ermənilər seçkilərə qatılan siyasətçiləri ortaya fərqli bir iş qoya bilməməkdə ittiham ediblər.