23 iyun 2021 09:44
678

ABŞ-da çıxış edən azərbaycanlı futbolçu zədələndi

ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən azərbaycanlı futbolçu Rüfət Dadaşov zədələnib.

“İki sahil” xəbər verir ki, 30 yaşlı hücumçu Milli Futbol Liqasında (USL) "San Dieqo Loyal"a səfərdə 1:2 hesabı ilə uduzduqları görüşdə xəsarət alıb.

Dadaşov görüşün 59-cu dəqiqəsində əvəzlənməli olub. Forvardın sümüyü əzəlib və o, son iki gündə komanda ilə məşqlərə qoşula bilməyib.

Oyunçunun iyunun 27-də "Sakramento" ilə qarşılaşmanı buraxacağı gözlənilir.

Qeyd edək ki, Rüfət Dadaşov 2020-ci ilin yanvarında ABŞ klubuna keçib. O, 2013 - 2020-ci illərdə Azərbaycan millisinin də formasını geyinib.