24 iyun 2021 09:17
853

AVRO-2020: Bakı Olimpiya Stadionu ilk "5-lik"də

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

“İki sahil” xəbər verir ki, 36 matça ümumilikdə 649 min 320 fanat qatılıb.

Ən çox azarkeş Macarıstanın paytaxtə Budapeştdəki 3 oyunda olub. "Puşkaş Arena"da F qrupunun görüşlərini 166 min 546 tamaşaçı seyr edib. Arenanın tutumu 68 mindir.

Macarıstan və Fransa komandaları arasında məhz bu qrupda gerçəkləşəcək qarşılaşma tribunaların ən çox dolduğu matçdır - 55 min 998.

"Sankt-Peterburq Arena"dakı 6 oyunda 107 min 988 futbolsevər iştirak edib. Danimarkanın paytaxtı Kopenhagen (62 min 239 azarkeş) bu göstəriciyə görə üçüncü, İngiltərənin paytaxtı London (57 min 907 azarkeş) dördüncü, Bakı (45 min 682 min) isə 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu (BOS) A qrupunun 3 oyununa ev sahibliyi edib. BOS-da həmçinin 1/4 final mərhələsinin də bir oyunu keçiriləcək.