Bakının "Neftçi" klubu UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstanın "Olimpiakos" komandasının qonağı olub.
“İki sahil” xəbər verir ki, gərgin və bərabər mübarizə şəraitində keçən qarşılaşmada Kamara 29-cu dəqiqədə "Olimpiakos"u hesabda önə çıxarıb – 1:0.
44-cü dəqiqədə Kamaranın ("Olimpiakos"), 63-cü dəqiqədə isə Mert Çelikin ("Neftçi") qırmızı vərəqə alması nəticəsində komandalar oyunu 10 nəfərlə başa vurub.
Matçda əlavə qol vurulmayıb.
Qeyd edək ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.
21 iyul
Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23:00."Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan) - 1:0 (İkinci hissə)
Qol: Kamara, 29
Qırmızı vərəqələr: Kamara, 44 ("Olimpiakos"), Mert Çelik, 63 ("Neftçi")
Baş hakim: Joao Pinyeyru (Portuqaliya)
Pirey, "Georgios Karaiskakis" stadionu.