03 avqust 2021 16:32
1760

Riçard Almeyda 3-cü dəfə "Qarabağ"a qayıdıb

"Qarabağ" Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə 1 illik müqavilə imzalanıb.

“İki sahil” xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 7 nömrəli formada çıxış edəcək.

Bu, təcrübəli oyunçunun Ağdam təmsilçisinə 3-cü qayıdışıdır. O, daha öncə 2012-2018 mövsümündə, həmçinin 2019-cu ildə "köhlən atlar"ın şərəfini qoruyub.

Qeyd edək ki, Riçard Almeydanın son klubu "Zirə" olub.