03 avqust 2021 23:04
878

HİK-in baş məşqçisi: Neftçi" ilə cavab matçında sürpriz ola bilər

"Oyun gözlədiyimiz kimi keçdi. "Neftçi" yaxşı komandadır. Yusuf Laval bu gün bizə problem yaratdı. 3 gün əvvəl oyunumuz olduğu üçün hazırlıqla bağlı problemimiz var. Bununla belə, baxımlı görüş oldu".

“İki sahil” xəbər verir ki, bunu Finlandiyanın HİK (Helsinki) klubunun baş məşqçisi Toni Koskela Bakıda "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssi bildirib ki, cavab matçında bəzi dəyişikliklər olacaq: "Neftçi" bizə qarşı "Olimpiakos" və "Dinamo"ya qarşı oynadığı kimi çıxış etdi. Düşünürəm ki, cavab görüşündə sürpriz ola bilər".

Onun sözlərinə görə, ilk qarşılaşmada qol buraxmaq istəmirdilər: "İlk 25-30 dəqiqədə topla yaxşı rəftar edirdik. Bundan sonra hər iki komandada yorğunluq başladı. Sevindirici haldır ki, iki qol vurduq. İlk hissədə daha yaxşı oynadıq".