Böyük Britaniyanın “Mİ-6” xarici kəşfiyyat xidmətinin nümayəndələri “Taliban” hərəkatı ilə gizli danışıqlar aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti yazıb. Bildirilir ki, danışıqların məqsədi Əfqanıstanın Qərbə terror hücumları həyata keçirmək üçün istifadə olunmayacağına dair “Taliban”dan zəmanət almaq olub.
Həmçinin qeyd olunur ki, sözügedən bu danışıqlar iki həftə ərzində Böyük Britaniyanın Kabildəki səfirliyində keçirilib. Bununla yanaşı, tərəflər arasında əlaqələrin Qətərin paytaxtı Doha şəhərində həyata keçirildiyi də vurğulanıb.
“Mİ-6” isə öz növbəsində məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.