01 sentyabr 2021 16:17
3674

Böyük Səhra bir vaxtlar meşə olub - FOTO

Son məlumatlara görə yaşadığımız dünyanın 4,5 milyard yaşı var. Dünyada bir zamanlar  bütün  qitələrin bir ada kimi birləşdiyi  yer Pangeyadan milyon illər sonra mavi planet nəhayət indiki halını alıb. Bu əsnada saysız -hesabsız canlı növü və fərqli iqlim dəyişiklikləri dünya tarixindən gəlib keçib. Bəs əvvələr okeanlar, meşələr, səhralar necə olub? Elm adamları uzun müddətdir bu suallara cavab axtarır. Dünyanın ən böyük səhrası olan Böyük Səhra ilə bağlı aparılan araşdırmalar bəzi faktları ortaya çıxardıb . Belə ki, bu səhra bir vaxtlar meşələrlə örtülü olub.

Afrikanın şimalını əhatə edən bu səhra, demək olar ki, ABŞ ilə eyni səthə malikdir və eyni zamanda, dünyanın ən isti səhrasıdır. Atlantik okeanından Qırmızı dənizə qədər uzanan  səhra, tarix boyu karvanlar və ordular üçün çətin bir yol olub. Mərakeş, Qərbi Səhra, Mavritaniya, Əlcəzair, Çad, Mali, Nigeriya, Tunis, Liviya, Misir və Sudanı əhatə edən Böyük Səhranın ümumi sahəsi 9 milyon kvadrat kilometrdir.

Dünyanın ən soyuq səhrası

Dünyanın ən böyük isti səhrası olan Böyük Səhranın əks tərəfi Antarktidadır. Dünyanın cənub qütbü olan Antarktida qitəsi ən soyuq səhra kimi də tanınır. Səhranın  bir hissəsi qum səhrası olsa da, əhəmiyyətli bir hissəsi dağıntılarla örtülüb. Geniş səhralar olan hissə əsasən Qərbi Sahara  və  Mərakeşdədir. Böyük Səhra  hündürlüyü 3000 metrdən çox olan Tibesti və Ahaqqar dağlarına da ev sahibliyi edir. Bu dağların ətəkləri yaşayış üçün nisbətən daha əlverişlidir.

İlk qar 1979 -cu ildə yağıb

Buna görə də köçəri icmalar ümumiyyətlə bu və bənzər dağların ətəyində məskunlaşırlar. Burada  keçmişdə 10 illər boyunca yağış yağmadığı dövrlər olub. Bununla belə, burada   qeydlərin aparılmasından bu yana ilk dəfə 18 fevral 1979 -cu ildə qar yağıb. Bu yerin  bitki örtüyü olduqca zəif olduğu üçün minerallarla zəngindir. Minerallarla zəngin olan bu təbəqə güclü küləkləri uzaq coğrafiyalara belə çatır. Məsələn, buranın külək izlərinə hətta Braziliya meşələrində də rast gəlinib. Qərbi Saharada orta istilik  18 dərəcə olsa da, içəridə temperatur 5 dərəcəyə enir. Xüsusilə gecələr, Böyük Səhra gündüz istiliyinin əksinə olduqca sərindir.

Vüsal Cahanov, “İki sahil”