“Arıçılıq məhsulları-bal satış yarmarkası” oktyabrın 16-ı və 17-i “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək.
“İki sahil” xəbər verir ki, yarmarkada muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı-sahibkarlar il ərzində topladıqları məhsullarının sərgi-satışını həyata keçirəcəklər. Həmçinin yarmarkada arıçılıq avadanlıqlarının və arıçılığa aid ədəbiyyatların sərgisi də nəzərdə tutulub. Minbir çiçəkdən toplanan və böyük zəhmətlə başa gələn, süfrəmizin əvəzolunmaz neməti olan bal və bal məhsulları maraqlı dekorasiyalarda göz oxşayacaq.
ADSEA: Pirşağıda kanalizasiya kollektorlarının tikintisində bütün təhlükəsizlik tədbirləri görülüb
Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Nazirlər İclası keçirilib
Auditorlar Palatası fəaliyyətini rəqəmsallaşma, peşə etikası və beynəlxalq əməkdaşlıq istiqamətində gücləndirir