22 oktyabr 2021 17:39
860

Rusiyanın iki aviaşirkətinə Omskdan Bakıya uçuşlar üçün icazə verilib

Rusiyanın iki aviaşirkətinə Omskdan Bakıya uçuşlar yerinə yetirmək üçün icazə verilib.

"İki sahil" Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinə istinadən xəbər verir ki, regional hava limanlarından beynəlxalq uçuşlar üçün icazələrin verilməsi ilə bağlı Agentliyin əmrinə əsasən, "Nordwind Airlines" və "İkar" şirkətlərinə həftədə 7 uçuş planlaşdırmağa icazə verilib.

Xatırladaq ki, bu il artıq Omsk-Bakı marşrutu üzrə uçuşlara start verilib. Lakin "Ural Airlines" aviaşirkəti sözügedən aviareys üzrə cəmi üç uçuş həyata keçirsə də, sonradan uçuşlar ləğv edilib.