Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 8 Noyabr - Zəfər Gününə həsr olunan “Dəmir Yumruq” adlı fləşmob keçirib.
“İki sahil” xəbər verir ki, Qış parkında baş tutan fləşmobda qazilər, universitet tələbələri, gənclər təşkilatlarının fəal üzvləri iştirak ediblər. Dörd yüzə yaxın gənc həm Azərbaycanın xəritəsi və içərisində “Qarabağ Azərbaycandır!” yazısını, həm də tarixi zəfərimizin əsas rəmzlərindən hesab olunan “Dəmir yumruq” simvolunu canlandırıblar.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə ölkənin bir sıra bölgələrində Zəfər gününə həsr olunan fləşmoblar keçirilir.
Fast food-ların tez-tez istehlakı bəzi funksional həzm pozğunluqları ilə bağlı şikayətlərin yaranmasına səbəb ola bilər - MÜSAHİBƏ
Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalara müraciət prosesi başlayıb