26 noyabr 2021 18:28
1160

Mədət Quliyev Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti seçilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) növbəti hesabat-seçki konfransı keçirilib.

“İki sahil” xəbər verir ki,  Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Ardınca AzVİF son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. Müdafiə sənayesi naziri Mədət Quliyev federasiyanın yeni prezidenti seçilib.

O, 2011-ci ildən bu postda çalışan sabiq vergilər naziri Fazil Məmmədovu əvəzləyib.