30 noyabr 2021 12:33
880

Hakimlərimiz Türkiyədə VAR təlimi keçir

AFFA və Türkiyə Futbol Federasiyası (TFF) arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti seminar keçirilir.

“İki sahil”  milli assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, TFF-nin Rivadakı təlim-məşq mərkəzində təşkil olunan seminarda Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri (28 nəfər) iştirak edir.

Qeyd edək ki, seminar dekabrın 2-dək davam edəcək.