01 dekabr 2021 16:59
743

İİV-ə yoluxma saylarında artım ola bilər, amma...

“İİV-ə yoluxma saylarında artım ola bilər, amma yeni yoluxma hallarının hansı kateqoriya insanlarda olmasına diqqət etməliyik”.

“İki sahil” xəbər verir ki,  bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "Ümumdünya QİÇS-lə Mübarizə Günü" mövzusunda çıxışında deyib.

O bildirib ki, ÜST tərəfindən qoyulmuş hədəf İİV-ə yoluxanların 95 faizinin aşkarlanmasıdır: “Eyni zamanda aşkarlanmış xəstələrin 95 faizini müalicəyə cəlb etmək lazımdır. Həmçinin cəlb olunanların terapiya effekti yüksək olmalı, yoluxduruculuq qabiliyyəti tam aşağı düşməlidir. Bu, dünya ölkələri qarşısında qoyulmuş hədəfdir. 2027-ci ildə bu hədəfə çatsaq, 2030-cu ildə bu pandemiyaya son qoyulacaq. Bizim ölkədə İİV-lə bağlı görülən tədbirlər nəticəsində epidemioloji vəziyyət nəzarətdədir. İl ərzində rəqəmlər stabil olur”.