01 dekabr 2021 18:05
777

Azərbaycanda nə qədər vaksin ehtiyatı var?

Azərbaycanda olan “CoronaVac” və “Sputnik V” peyvəndlərinin ehtiyat miqdarı açıqlanıb.

“İki sahil” xəbər verir ki,  İcbari Tibi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, hazırda 2 milyon 376 min 845 doza “CoronaVac”, 20 000 doza “Sputnik V” vaksini anbarda ehtiyatda var.

Qeyd olunub ki, əlavə olaraq tibb müəssisələrində hazırda istifadə edilən vaksin dozaları mövcuddur.