01 dekabr 2021 20:52
1050

Bolqarıstan səfirliyi Azərbaycana başsağlığı verib

Bolqarıstanın ölkəmizdəki səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

“İki sahil” xəbər verir ki,  bu barədə səfirliyin rəsmi Feysbuk səhifəsində yazılıb.

“Bolqarıstanın Bakıdakı səfirliyi 30 noyabr 2021-ci il tarixində baş vermiş faciəvi helikopter qəzasında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - başsağlığında qeyd edilir.