08 dekabr 2021 13:11
770

XİN-də işə qəbul üzrə sınaq imtahanına qeydiyyat başlayıb

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən "İki sahil"ə verilən xəbərə görə, imtahan dekabrın 26-da keçirilir.

Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 19 dekabr saat 18:00-dək həyata keçirilir.

İmtahan müddəti 2 saat 30 dəqiqədir. Sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.