02 mart 2022 17:11
1079

 “Yüksəliş”  müsabiqəsi Lənkəranda

“Hər yaşda yüksəliş” prinsipi ilə fəaliyyət göstərən, məqsədi  istedadlı kadrların seçilməsi və inkişaf  etdirilməsi  olan “Yüksəliş” müsabiqəsinin səyyar briqadasının növbəti səfəri  ölkəmizin cənub bölgəsinin mirvarisi sayılan  Lənkəran şəhərinədir.

Belə  ki,  3 mart saat 10.00-dan 12.00-a qədər  davamı nəzərə tutulan  müsabiqə şəhər Heydər Əliyev  Mərkəzində keçirilər.  Bu yarışmada  21-51  yaşlı, ali təhsilli, mülkiyyət formasından  asılı olmayaraq ən azı 2 il idarəçilik təcrübəyə malik  Azərbaycan vətəndaşları  iştirak edirlər.

Müsabiqənin qaliblərinə gəldikdə isə onlar  bir illik fərdi inkişaf planı, eləcə də bacarıqlarını artırmaq üçün 20 min manat pul mükafatına sahib olacaqlar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü