09 mart 2022 15:27
717

Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

“İki sahil” xəbər verir ki, UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Slaviya” (Praqa, Çexiya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Matç martın 17-də Avstriyanın Sankt-Polten şəhərindəki NV Arenada keçiriləcək.