16 may 2022 16:53
591

Ermənistanda əsgər yoldaşını intihar həddinə çatdıran 2 hərbçi həbs olunub

Ermənistan İstintaq Komitəsi əsgər Argişti Yeqiyanın intiharına görə 2 hərbçi yoldaşını həbs edib.

“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi açıqlama yayıb.

Onlar Ermənistan Cinayət Məcəlləsinin 360-cı maddəsi ilə (intihar həddinə çatdırma) ittiham olunurlar.

Qeyd edək ki, Argişti Yeqiyan mayın 11-də hərbi hissələrdən birində intihar etmişdi.