17 may 2022 12:51
616

Stolüstü tennisçilərimiz beynəlxalq yarışlara qatılıblar FOTO

Yeniyetmələrdən ibarət seçmə komandalar beynəlxalq “Pro Tur” yarışlarında iştirak edirlər.

“İki sahil” xəbər verir ki,  oğlan tennisçilər mayın 17-dən 19-dək Almaniyanın Berlin şəhərində, 20-dən 22-dək Polşanın Vladislava şəhərində keçiriləcək turnirlərdə bacarıqlarını göstərəcəklər. 

Qızlar isə mayın 17-dən 19-dək Vladislavada, 20-dən 22-dək Berlində təşkil olunan yarışlarda etimadı doğrultmağa çalışacaqlar. Beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini oğlanlardan Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, qızlardan isə, Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova qoruyur.

Hər iki komanda ənənəvi yarışa böyük həvəs və qələbə əzmi ilə qatılıb. Yarışlara Qax Olimpiya İdman Kompleksində və Türkiyənin Yalova şəhərindəki təlim-məşq toplanışlarında hazırlaşan tennisçilər, “Pro Tur”da məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə mübarizə aparırlar. 
Qeyd edək ki, bu turnirlərdə iştirakın əsas məqsədi iyul ayında Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.