Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilir.
Vida mərasimi mərhumun yaşadığı "Jurnalistlər binası"nın qarşısında baş tutur.
***
Mərhum jurnalist Qadir İbrahimlinin nəşi ailəsinə təhvil verilib.
“İki sahil” xəbər verir ki, onun nəşi əvvəlcə Yasamal rayonundakı Hacı Cavad məscidinə aparılaraq orada yuyulacaq.
Daha sonra isə "Jurnalistlər binası"nın qarşısında Q.İbrahimli ilə vida mərasimi keçiriləcək.
Vida mərasimində sonra o, Lənkəran şəhərinə aparılaraq orada dəfn ediləcək.