20 may 2022 20:03
374

Rəşt-Astara dəmir yolu xəttinin tikintisi müzakirə edilib

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Tehranda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İranın Dəmir Yolları (RAI) rəhbərliyi arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə ADY-dən məlumat verilib.

Məlumata görə, görüşdə Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri, dəhlizin tərkib hissəsi olan Rəşt-Astara xəttinin tikintisi müzakirə edilib.

Bununla yanaşı, İranın Astara şəhərində yük terminalının tikintisi ilə bağlı mövcud vəziyyət və bu sahədə işlərin sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.