24 may 2022 15:37
889

Türkan qəsəbəsi tullantılardan təmizlənib

Xəzər rayonu, Türkan qəsəbəsinin müxtəlif ərazilərində tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

“İki sahil” xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, qəsəbənin bir neçə yerində tullantıların qalaqlanması faktı müəyyənləşdirilib və əraziyə cavabdeh Xəzər rayonu, Türkan qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən həmin sahələrin təmizlənməsi təmin edilib:

“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Türkan qəsəbəsi üzrə icra nümayəndəsi Rövşən Quliyevə məcburi göstəriş verilib”.