02 iyun 2022 12:31
753

Yol qəzaları ən çox sürət həddinin aşılmasına görə baş verib

Ötən 3 ildə 5106 yol qəzası qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin polis mayoru İkram Məmmədov bildirib.

Qeyd olunub ki, onlardan 2801-i sürət həddinin aşılması, 1492-si manevr etmə və qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxmaq, 480-i yolayrıcını keçmək qaydalarının pozulması, 55-i nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsi səbəbindən baş verib.