23 iyun 2022 13:45
564

Rusiya və Ukrayna arasında hərbi münaqişə qiymətlərin artımına səbəb oldu

Qlobal miqyasda ilk növbədə enerji daşıyıcılarının qiymətinin artması gübrəni bahalaşdırdı ki, bu da öz növbəsində ərzaq məhsullarının, taxılın qiymətlərinin artmasına gətirib çıxardı.

“İki sahil” xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, digər tərəfdən Rusiya və Ukrayna arasında hərbi münaqişə, nəqliyyat-logistika problemlərini daha da gərginləşdirdi ki, bu da nəticədə qiymətlərin artımına səbəb oldu.

"Bununla yanaşı xarici faktorlar hesabına dünya miqyasında formalaşan qiymət artımları Azərbaycana da sirayət edib. Çünki bir çox məhsullar ölkəyə idxal olunur və sözsüz ki, bunun mənfi təsirlərini də biz hazırda yaşayırıq",- deyə Samir Şərifov qeyd edib.