25 iyun 2022 17:44
702

NATO-nun döyüş qrupu Polşada yerləşdirilə bilər

Polşada NATO-nun döyüş qrupunun yerləşdirilməsi müzakirə olunur.

“İki sahil” xəbər verir ki, bunu ölkənin müdafiə naziri Mariuş Blaşçak deyib.

O bildirib ki, Polşa bu istiqamətdə fəaliyyətini davam etdirir: “Alyansın Madriddə keçiriləcək sammitində qərarın qəbulunu gözləyirik”.