KÖŞƏ

Elçin Zaman

Peşəkar dəllal

02 iyul 2022 02:39
5662

Bu gün Azərbaycanın dağıdıcı müxalifət cəbhəsi milli mənafelərini qəpik-quruşa satan, əqidəsini az qala hər gün buqələmun kimi dəyişən insanlar toplusuna çevrilib. Belələrindən biri də qondarma «Milli Şura»nın əsas sima(sız)larından olan Gültəkin Hacıbəylidir. O, az qala hər gün ölkəmizdən leqal və qeyri- leqal donoslar ötürməklə də məşhurlaşıb. Bu həmin Gültəkin Hacıbəylidir ki, hətta ailə məsələsində də özünü ucuzlaşdırıb. Pula hərislik, şöhrətpərəstlik bu antimilli ünsürü hətta dələduzluq hərəkətlərinə də sövq edib. Bunu təkcə onun siyasi bioqrafiyasına bələd olanlar demirlər. Özünün şəxsi maraqları naminə ailə dəyərlərinə belə tüpürən bu üzdən iraq siyasətçinin keçmiş qayınanası Nəhayət Məmmədova da bütün bunlarla bağlı dünyaya car çəkmişdi. O, iddia edirdi ki, gəlini onun ailəsinə qarşı dələduzluq edib. Məhz onun bu əməlinə görə müflis olduğunu bildirən N. Məmmədova faktla, sübutla bəyan etdi ki, Gültəkin Hacıbəyli hələ oğlu Mahmud Mehdiyevlə nikahda olduğu zaman ondan mənzilini etdirmək və evinə mebel almaq üçün 50 min dollar borc alıb: « Burada söhbət Səməd Vurğun küçəsi ev 92A ünvanda yerləşən 12 saylı mənzildən gedir. Hansı ki, həmin mənzili Gültəkin Hacıbəyliyə 2003-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti hədiyyə etmişdir».

Sonradan qayınana nə qədər xahiş və tələb etsə də keçmiş gəlini aldığı pulu qaytarmayıb. Buna görə də N. Məmmədova məhkəməyə müraciət edib. Onun iddia ərizəsinə uyğun olaraq bir neçə il əvvəl məhkəmə qərar çıxarıb. Qərara görə Gültəkin Hacıbyəliyə məxsus LEXUS LX 570 markalı 10 VU 003 dövlət nömrə nişanlı, həmçinin TOYOTA AVALON marakalı 10 KV 003 dövlət nömrə nişanlı iki bahalı avtomobilə həbs qoyulub.

Siyasət və məişət dəllalı Gültəkin Hacıbylinin dələduzluq əməlləri təkcə bunlarla bitmir. Bu, həmin Gultəktn Hacıbəylidir ki, bu gün dağıdıcı müxalifətin üzdəniraq lideri, AXCP sədri Əli Kərimlinin himayəsinə sığınaraq Azərbaycan dövlətinə, onun rəhbərinin ünvanına qarşı yalan və böhtanlar yağdırır. Məhz keçmiş onun bu rəzil hərəkətlərindən bezən və yaramaz davranşlarına görə xəcalət çəkdiyini deyən keçmiş həyat yoldaşı Mahmud Mehdiyev hələ bir neçə il əvvəl ondan rəsmi şəkildə boşanmışdır. M. Mehdiyev hələ o zaman jurnalistlərə bildirmişdi ki, Gültəkin Hacıbəylinin Azərbaycan dövlətinin və xalqının milli maraqlarına qarşı çıxışları onun ailəsində və ətrafında haqlı olaraq narazılıqlar yaradırdı: «Bir sözlə, bu gün də bir vicdanlı azərbaycanlı, Vətənini, dövlətini, Prezidentini sevən şəxs olaraq və dövlət maraqlarını şəxsi maraqların fövqündən daha uca hesab edən insan kimi Gültəkin Hacıbəylinin dövlətimizə qarşı iftira dolu hərəkətlərinə susa bilməzdik.»

Sabiq ər onu da vurğulayırdı ki, uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəsini 180 dərəcə bucaq altında dəyişərək Vətəninə, dövlətinə üz çevirən Gültəkin Hacıbəylinin bu hərəkətlərinin bir adı var - nankorluq. Təbii kibelə belə bir adam yaxşı ana və həyat yoldaşı ola bilməzdi.

Dahi yunan fiosofu Demokritin məşhur bir sözü var: «Başqalarından yox, daha çox özündən utanmağı öyrən.» Bu xanım bütün fəaliyyəti boyunca heç vaxt özündən utanmağı öyrənmədi və elə buna görə də bu gün düşdüyü rəzil vəziyyətdədir. Gültəkin Hacıbəyli üçün şəxsi mənafeyə xidmət o qədər güclüdür ki, o, vaxtilə ünvanına təriflər yağdıran qurumları və şəxsləri bu gün necə deyərlər « ağ yuyub qara sərməkdən» belə çəkinmir. Məsələn o, Fövqəladə Hallar Nazirliyini respublikanın ən yaxşı qurumlarından hesab edirdi. Ona görə ki, qardaşı məhz bu qurumda çalışırdı. Bu, o vaxtlar idi ki, Hacıbəyli ətəyini çırmalayıb müxalifətə keçməmişdi, bu o vaxtlar idi ki, xanım deputat mandatını yellədə-yellədə indi çiyin-çiyinə dayandığı adamları ən ağır sözlərlə təhqir edirdi. Lakin qardaşı işdən çıxandan sonra bu quruma qarşı da münasibət 180 dərəcə dəyişdi.

Azərbaycan demorkatik ölkədir, hər kəs istənilən şəxsi, yaxud qurumu tənqid edə bilər, lakin Hacıbəylinin 180 dərəcə fırlanması və vaxtilə ağızdolusu təriflədiklərini indi tənqid etməsinin nə demorkatiya, nə də söz azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunun bir adı var: nankorluq və ədabazlıq.

Bəli, Gültəkin Hacıbəyli vaxtilə dediklərini unutdurmağa çalışa bilər, lakin tarix heç nəyi unuda bilmir. Təbii ki, bir insanın bioloji olaraq iki üzü olur, amma Gültəkin Hacıbəyli kimilərinin isə 40 üzü var desək, yanılmarıq.

Bu gün Gültəkin Hacıbəyli iddia edir ki, Azərbaycan xalqı müxalifətdən zəifdir. O bildirir ki, bir çox ölkələrdə hakimiyyətə qarşı xalq üsyanları başlayıb, sonra müxalifət lideri onu idarə edib. Hətta buna misal olaraq Ermənistanı və onun bu günkü rəhbəri Nikol Paşinyanın 2018-ci ildəki küçə mitinqlərini misal çəkir. Ancaq bu dayaz siyasətçi anlamır ki, Azərbaycan xalqı Qarabağı 44 günə alan, düşmənləri diz çökdürən İlham Əliyev kimi bir lideri sərsəri və rəzil müxalifət liderlərinə heç vaxt dəyişməz. Bu gün bir tərəfdə bütün dünyanın hesablaşdığı Azərbaycan dövləti və onun qətiyyətli rəhbəri - digər tərəfində isə qəpik- quruşa satılan əli kərimlilər, gültəkin hacıbəylilər var.

Təbii ki, Gültəkin Hacıbəyli kimi antimillilər və mənafepərəstlər bu gün də xaricdən aldıqları böyük həcmli qrantlara görə, ölkəmizə qarşı riyakar fəaliyyətlərini böyük həvəslə davam etdirirlər. Qondarma Milli Şurada toplaşan bu riyakarlar internet saytlarında hakmiyyətə, ölkəmizə qarşı ən yaramaz çıxışlar etməklə sanki özlərini kimlərinsə gözlərinə soxmağa çalışırlar. Necə deyərlər, Vətənsizin dini, imanı olmaz kəlmələri sanki onların boyuna biçilib.