03 iyul 2022 16:57
2200

"Bakmil" stansiyası istiqamətində metro qatarlarının iş qrafiki dəyişdirilib

Aparılmış monitorinqlərin nəticəsinə əsasən, 4 iyul 2022-ci il tarixindən iş günləri ərzində "Bakmil" stansiyası və əksinə hərəkət edən qatarların cədvəlinə dəyişiklik edilib.

"Bakı Metropoliteni" QSC-dən "İki sahil"ə verilən məlumata görə, "Bakmil"dən xəttə daxil olan və "Nəriman Nərimanov" stansiyasında xətdən çıxarılan qatarların hərəkət cədvəli ilə Bakı metropoliteninin rəsmi saytının müvafiq bölməsində (http://metro.gov.az/az/schedule) tanış ola bilərsiniz.

Yeni iş həftəsi ərzində digər dəyişikliklər barədə sərnişinlərə əlavə məlumatlar təqdim olunacaq.