28 iyul 2022 11:17
699

Azərbaycanda yeni BOKT yaradılıb

Azərbaycanda yeni bank olmayan kredit təşkilatı (BOKT) yaradılıb.

“İki sahil” xəbər verir ki, Dövlət Vergi Xidməti "Payonix" MMC BOKT-u dövlət qeydiyyatına alıb.

Hüquqi ünvanı Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133A, mənzil 23 olan BOKT-un qanuni təmsilçisi isə Anar Akif oğlu Fətəliyev, nizamnamə kapitalı isə 300 min manatdır.