09 avqust 2022 09:00
539

Cənubi Koreyada güclü yağışlar 7 can alıb

Cənubi Koreyanın Seul şəhərində və ətrafında yağan güclü yağışlar nəticəsində 7 nəfər ölüb, daha 6 nəfər itkin düşüb.

"İki sahil" xəbər verir ki, bu barədə rəsmilərə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata əsasən, daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan əlavə, paytaxtda və yaxınlıqdakı bəzi şəhərlərdə evləri, binaları, nəqliyyat vasitələrini və metro stansiyalarını su basıb.

Qeyd edilir ki, hazırkı yağışları ölkədə son 80 ilin ən güclü yağışlarıdır.