09 avqust 2022 12:00
537

İyul ayı ərzində AERA-ya 425 vətəndaş müraciət edib

Cari ilin iyul ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 425 müraciət daxil olub.

Agentlikdən "İki sahil"ə verilən məlumata görə, elektrik enerjisi təchizatı ilə bağlı 17-si məlumat xarakterli olmaqla 373 müraciət edilib.

Təbii qaz təchizatı ilə bağlı 5-i məlumat xarakterli olmaqla 40 müraciət olunub.

İstilik təchizatı ilə bağlı 1 müraciət edilib. Digər məsələlərlə bağlı isə 11 müraciət göndərilib.

Müraciətlərdən 163-ü agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (1 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 2 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 238 müraciət hazırda baxılma prosesindədir, 22 məlumat xarakterli müraciətdən 9-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.