10 avqust 2022 13:49
795

“Qarabağ”ın oyunlarının vaxtı dəqiqləşdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb. 

“İki sahil” xəbər verir ki,  Ağdam təmsilçisi ilk matçını avqustun 17-də Bakıda keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:45-də start veriləcək. 

Bu komandalar arasındakı cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.