15 avqust 2022 13:19
574

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi dördüncü oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında dördüncü olub.

“İki sahil” xəbər verir ki,  yığmamız üçüncü yer uğrunda görüşdə Türkiyə millisi ilə qarşılaşıb.

Görüş Azərbaycan komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.