15 avqust 2022 14:37
387

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti publik hüquqi şəxs olub

Nazirlər Kabineti “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi barədə” qərar verib.

“İki sahil” xəbər verir ki, qərara əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qərarla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nizamnaməsi təsdiqlənib.