17 avqust 2022 22:54
553

Qarabağda yaşayan ermənilər sevinsinlər ki, Azərbaycan vətəndaşlarıdır FOTO

YAP İmişli rayon təşkilatında “Qarabağda yaşayan ermənilər sevinsinlər ki, Azərbaycan vətəndaşlarıdır” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar, ərazi partiya təşkilatı sədrləri və YAP fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycanda Ermənistandan fərqli olaraq çoxsaylı milli azlıqların nümayəndələri sabitlik, sülh və əmin amanlıq şəraitində yaşayır. Keçmiş zamanlardan Azərbaycanda erməni xalqının nümayəndələri yaşasa da onlar heç vaxt hər hansı bir problemlə rastlaşmayıblar. Ermənistan hakimiyyəti və ermənilər azərbaycanafobiya təbliğatına son qoyaraq sülhə çalışmalıdırlar. Bu gün Ermənistan böhranda çabalayır, ölkənin büdcəsi iqtisadi inkişafın gəlirləri ilə deyil, xarici yardımlar hesabına formalaşdığını Qarabağda məskunlaşan ermənilər artıq anlayırlar. Buna görə də onlar Azərbaycan vətəndaşı olmaqla firəvan və sabitlik şəraitində yaşamaq istəyirlər.

Digər çıxış edənlər qısa zaman kəsiyində işğaldan azad edilən Qarabağda görülən abadlıq-quruculuq işlərindən danışaraq qeyd ediblər ki, orada yaşayan ermənilər Qarabağın cənnətə çevrildiyin görürlər və Azərbaycan vətəndaşı olaraq firəvan yaşayışa köklənmiş bu üstünlükdən yararlanmaq, barbarlıqla ad çıxarmış bir ölkənin yox, humanizm prinsiplərini əldə əsas tutan qalib Azərbaycanın pasportuna yiyələnmək üçün çalışırlar.