18 avqust 2022 14:34
417

Samux sakininin icra Hakimiyyətinin inzibati binası önündə intihara cəhd etməsi faktı ilə bağlı araşdırma aparılır

Avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə “İki sahil”ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.