08 sentyabr 2022 18:15
570

"Koroğlu" metrosu istiqamətində yol qəzası səbəbindən sıxlıq var

Bakının Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, Koroğlu metro-stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki,  Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, hazırda bu səbəbdən də qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.