"İnter"in baş məşqçisi Simone İnzagi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Viktoriya" (Plzen) oyun öncəsi fikirlərini bildirib.
“İki sahil” xəbər verir ki, o, matçdan əvvəl keçirilən mətbuat konfransında Çexiya təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la oyunlarını izlədiyini deyib: "Viktoriya" fiziki cəhətdən güclü komandadır. Rəqibin "Qarabağ" və "Barselona" ilə matçlarını izləmişəm. Onların gücünü bu qarşılaşmalarda gördük və öyrəndik. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni öz stadionlarında əldə etdilər. Bizim üçün vacib oyundur. Çempionlar Liqasının ən çətin qrupunda olduğumuzu bilirik".
Qeyd edək ki, bu gün keçiriləcək "Viktoriya" - "İnter" görüşü Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.