31 yanvar 2025 10:10
111

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində Xorvatiya ilə qarşılaşacaq

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində bu gün növbəti oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda səfərdə Xorvatiya ilə üz-üzə gələcək.

Qarşılaşma Pula şəhərində, Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

V qrupda yer alan Azərbaycan millisi daha əvvəl Bakı İdman Sarayında İsveçlə heç-heçə edib - 3:3.