27 sentyabr 2022 12:52
346

"Davam"çıların iştirakı ilə anım yürüşü FOTO

“Davam” Gənclər Hərəkatı (GH) 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlərə start verib. 
Bu səbəblə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq 300-dən çox davamçının iştirakı ilə anım yürüşü baş tutub. 
Yürüşün son nöqtəsi İkinci Şəhidlər xiyabanı olub. Xiyabanda “Davam”çılar tərəfindən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, onların məzarları önünə Hərəkat adından əklil qoyulub və tər qərənfillər düzülüb.
Qeyd edək ki, “Davam” GH yürüşün keçirilməsinə dəstək göstərən Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü bildirir.

Cavid Əkbərov, "İki sahil"