27 sentyabr 2022 18:17
524

Şəhidləri hörmət və ehtiramla anırıq - Qarabağ Azərbaycandır!

Hər zaman dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq. Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. 

2020-ci ilin Sentyabrın 26-dan 27-nə keçən gecə erməni təxribatı ilə başlanan 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan əsgəri böyük şücaət və igidlik göstərərək erməni işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad etdi. İkinci Qarabağ müharibəsində 3000-ə yaxın Azərbaycan əsgəri şəhid olmuşdur. Sentyabrın 27-si bu müharibədə şəhid olan Azərbaycan əsgərlərinin anım günüdür. Biz‚ Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş və canından keçmiş Azərbaycan əsgərinin xatirəsini hörmət və hüznlə anırıq. Dost və qardaş Azərbaycan xalqına‚ Azərbaycan dövlətinə və şəhid olanların ailələrinə dərin hüznlə baş sağlığı veririk. 

Erməni təxribatlarını‚ erməni vandalizmini və erməni cinayətlərini şiddətlə pisləyir‚ hər zaman qardaş Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi daimi və əbədi olsun. 
Şəhidlərə Tanrıdan rəhmət diləyir‚ məkanları cənnət olsun deyirik. AMİN.   

Qarabağ Azərbaycandır!

İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi